ABŞ dövlət katibi bildirib ki, İran Trampa Vaşinqton üçün sərfəli olmayan razılaşma qəbul etdirə bilməyəcək

2026/05/1778833446.jpg
Oxunub: 359     12:23     15 May 2026    
ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdə gərginlik səbəbindən benzinin qiymətində yaranan artımdan istifadə edərək Vaşinqton üçün sərfəli olmayan razılaşmanı İrana qəbul etdirməyə imkan verməyəcək.

Ordu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

“Prezident açıq şəkildə başa salıb ki, əgər iranlılar bizim daxili siyasətimizdən istifadə edərək ona pis razılaşma qəbul etdirə biləcəklərini düşünürlərsə, bu baş verməyəcək”, - deyə Rubio “NBC News”a müsahibəsində bildirib.

O xatırladıb ki, ABŞ-də artıq benzinin qiymətini nəzarətdə saxlamaq üçün tədbirlər görülüb və “qiymətlər aşağı düşəcək”.

Çərşənbə axşamı Tramp bildirmişdi ki, İranla bağlı vəziyyətə görə amerikalıların maliyyə durumu onu narahat etmir.

Onun sözlərinə görə, əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

“Heç bir halda. İran məsələsində yeganə vacib olan odur ki, onların nüvə silahı olmasın”, - deyə ABŞ prezidenti jurnalistlərə bildirib.

O, həmçinin ABŞ vətəndaşlarının maliyyə vəziyyətinin pisləşməsinin onu İranla razılaşmaya sövq edib-etməyəcəyi ilə bağlı suala cavab verib.

Tramp əlavə edib ki, əgər İran hakimiyyəti “düzgün olanı etməsə”, o zaman özü “işi sona çatdıracaq”.

ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton “yalnız yaxşı razılaşma bağlayacaq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Tramp  


Bizi "telegram"da izləyin