Si Cinpin Trampın Çinə səfərini tarixi adlandırıb

2026/05/1778833240.jpg
Oxunub: 398     12:17     15 May 2026    
Çin prezidenti Si Cinpin cümə günü ABŞ prezidenti Donald Trampın hazırkı dövlət səfərinin tarixi və əlamətdar olduğunu bildirib.

Ordu.az xəbər verir ki, Si Cinpin bu açıqlamanı Tramp ilə Pekinin mərkəzində yerləşən “Çjunnanhay” iqamətgahının bağında gəzintidən sonra verib.

“Bu, tarixi səfərdir, əlamətdar səfərdir”, - deyə Çin lideri bildirib.

Si Cinpin qeyd edib ki, səfər zamanı tərəflər Çin-ABŞ münasibətlərini konstruktiv strateji sabitlik əsasında qurmaq barədə razılığa gəliblər.

Onun sözlərinə görə, bu mühüm nailiyyət hesab oluna bilər.

Həmçinin tərəflər gələcək əməkdaşlığın inkişafı istiqamətində bir sıra nəticələr əldə ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cinpin   Tramp  


Bizi "telegram"da izləyin