Ordu.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Finlandiyaya birbaşa hərbi təhlükə yoxdur", - o qeyd edib.
Finlandiya hökuməti səhər saatlarında ölkənin hava məkanında pilotsuz uçuş aparatlarının (PUA) olması barədə məlumatlar alıb.
Məlumata görə, Helsinki aeroportunda hava əlaqəsi bir neçə saatlıq dayandırılıb.
Bildirilib ki, bu gün səhər Tokioya gedən iki təyyarədən biri "Stokholm-Arlanda" hava limanına, digəri isə Rovaniemi aeroportuna yönləndirilib. Osakadan gələn təyyarə də Rovaniemidə eniş edib.
Təyyarələr Finlandiyanın hava məkanına Laplandiya üzərindən daxil olduğu üçün Rovaniemi Şimal qütbündən keçən reyslər üçün ehtiyat hava limanı kimi istifadə olunur.
Honkonq, Sinqapur və Malaqadan gələn reyslər isə "Stokholm-Arlanda" hava limanına yönləndirilib.
Aviaşirkətlər Helsinki hava limanından yola düşən ona yaxın reysi ləğv ediblər. Əksər reyslərin uçuş vaxtı səhər saat 8-dən sonraya keçirilib.
Səlahiyyətli qurumlar Uusimaa üzərində pilotsuz uçuş aparatının (PUA) hərəkət etdiyini bildiriblər. İnsanlara qapalı məkanlarda qalmaq tövsiyə olunub.
Ordu.az