Tramp Si Cinpinin ABŞ-yə cavab səfəri zamanı onu heyran edəcəyinə söz verib

2026/05/1778829143.jpg
Oxunub: 343     11:12     15 May 2026    
ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ Çin prezidenti Si Cinpinin cavab səfəri zamanı onu heyran qoymağa çalışacaq.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

ABŞ liderinin sözlərinə görə, səfər təxminən sentyabrın 24-də baş tuta bilər.

“Biz geri qayıdacağıq və düşünürəm ki, təxminən sentyabrın 24-də prezident Si ABŞ-yə gələcək və bu, qarşılıqlı ticarət kimi qarşılıqlı səfər olacaq”, - deyə Tramp Pekində Çin lideri ilə danışıqlar zamanı bildirib.

ABŞ prezidenti qeyd edib ki, Vaşinqton Si Cinpini elə qəbul etməyi planlaşdırır ki, o, səfərdən təsirlənsin.

“Biz əlimizdən gələni edəcəyik və ümid edirəm ki, siz də Çin məni necə heyran qoyubsa, ABŞ-dən də eyni dərəcədə təsirlənmiş halda ayrılacaqsınız”, - deyə Tramp əlavə edib.

O, həmçinin Çinə səfərinin son günlərini “həqiqətən möhtəşəm” adlandırıb və Si Cinpinə, eləcə də Çin tərəfinin nümayəndələrinə qonaqpərvərliyə görə təşəkkür edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Cinpin  


Bizi "telegram"da izləyin