Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, jurnalistlər günün əvvəlindən etibarən ilk dəfə Trampı Si Cinpinlə birlikdə Çjunnanhay bağına daxil olarkən görüblər.
Çin prezidenti ABŞ lideri ilə söhbət edib, Tramp isə bağı seyr edib.
Daha sonra Çin tərəfinin adı açıqlanmayan nümayəndəsi jurnalistləri gəzinti yerindən uzaqlaşdıraraq Tramp və Si Cinpinin şəxsi söhbət etmək istədiklərini bildirib.
Ən azı on dəqiqə davam edən və mətbuat nümayəndələrinin görmədiyi söhbətdən sonra liderlər gəzintini davam etdiriblər.
Gəzinti zamanı Tramp qızılgüllərə diqqət yetirib və onların görünüşünü yüksək qiymətləndirib.
“Bunlar indiyə qədər hər kəsin gördüyü ən gözəl qızılgüllərdir”, - deyə ABŞ prezidenti bildirib.
Daha sonra liderlər bəzədilmiş pavilyonda olarkən Si Cinpin Trampa kompleksin tarixindən danışıb və tərcüməçi vasitəsilə ona qızılgül toxumları göndərəcəyini bildirib.
Sevinc Əliyeva
Ordu.az