Ordu.az xəbər verir ki, o bu fikirləri “Fox News” telekanalına müsahibəsində səsləndirib.
Çinə aid edilən Amerika əqli mülkiyyətinin oğurlanması ilə bağlı suala cavab verən Ağ Ev rəhbəri qeyd edib ki, bu mövzu barədə yaxın zamanda “CBS News” telekanalına müsahibəsində də danışıb.
“Aparıcı mənə sual verdi, o Çindən, onların bizdən müəyyən şeyləri oğurlamasından danışırdı, mən isə dedim ki, biz də bunu edirik. Onlar bizi izləyirlər. Mən də dedim ki, biz də onları izləyirik”, - deyə Tramp bildirib.
“Biz müəyyən işlər görürük, onlar da müəyyən işlər görürlər. Vəziyyət budur. Amma mən bu məsələ ilə bağlı onunla, Çin prezidenti Si Cinpinlə çox ciddi danışmışam və istərdim ki, onlar bu məsələ ilə məşğul olsunlar”, - deyə ABŞ lideri qeyd edib.
Tramp əlavə edib ki, “onlar bununla artıq 50 ildir məşğuldurlar”.
Qeyd edək ki, Tramp mayın 13-15-də Çində səfərdədir.
Cümə günü onun Si Cinpinlə növbəti danışıqları planlaşdırılıb.
Sevinc Əliyeva
Ordu.az