Ordu.az xəbər verir ki, ABŞ lideri bununla bağlı “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Tramp bildirib ki, “Tramp administrasiyasının hakimiyyətdə olduğu 16 təsirli ay” ərzində ABŞ dünyaya “inanılmaz yüksəliş” nümayiş etdirib.
O, administrasiyasının nailiyyətləri sırasında “Venesuelada hərbi qələbə və çiçəklənən münasibətləri, İranın hərbi məhvini” qeyd edib.
“Davamı gələcək”, - deyə o, İran barədə yazıb.
“Prezident Si məni bu qədər qısa müddətdə belə əhəmiyyətli uğurlar əldə etdiyim üçün təbrik etdi”, - deyə Tramp bildirib.
O vurğulayıb ki, iki il əvvəl Co Baydenin prezidentliyi dövründə ABŞ “tənəzzül yaşayan ölkə” idi.
“Mən bu məsələdə prezident Si Cinpinlə tam razıyam. Amma indi ABŞ dünyada ən cəlbedici ölkədir və ümid edirəm ki, Çinlə münasibətlərimiz əvvəlkindən daha güclü və daha yaxşı olacaq”, - deyə Tramp sözlərini yekunlaşdırıb.
Sevinc Əliyeva
Ordu.az