Ordu.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu barədə mayın 14-də “Fox News” telekanalına müsahibəsində danışıb.
“Bəli, yəqin ki”, - deyə o, müvafiq suala cavab verib.
Siyasətçi məsələ ilə bağlı əlavə təfərrüat açıqlamayıb.
Bundan əlavə, müsahibə zamanı Tramp bildirib ki, o, İrana seçim imkanı verib: ya razılaşmaya getmək, ya da tam məhv olmaq.
ABŞ prezidentinin sözlərinə görə, əvvəlcə o, İran ərazisinə zərbələri yalnız Tehranla yaxşı münasibətlər saxlayan dövlətlərin xahişi ilə dayandırmaq qərarına gəlib.
Həmin gün Tramp özünün “Truth Social” sosial şəbəkəsində ABŞ-nin İrana qarşı hərbi əməliyyatları davam etdirmək niyyətində olduğunu da bəyan edib.
Sevinc Əliyeva
Ordu.az