Ordu.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.
“Mən onu əldə etsək daha rahat olardım və biz onu əldə edəcəyik”, - deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, alternativ variant həmin uranın İran ərazisində basdırılmasıdır, lakin bu, ABŞ-nin nəzarəti altında həyata keçirilməlidir.
Bununla yanaşı, ABŞ prezidenti xəbərdarlıq edib ki, əgər İran tərəfi uranı ölkədən çıxarmağa cəhd etsə, Vaşinqton nüvə obyektlərinə zərbələri təkrarlayacaq.
“Mən onlara dedim ki, əgər ora qoşun göndərsələr və bunu etməyə, uranı çıxarmağa çalışsalar, yaxud kiminsə bunu etməyə cəhd göstərdiyini görsək, sadəcə ora bir neçə bomba atacağıq və bununla hər şey bitəcək”, - deyə Tramp bildirib.
Sevinc Əliyeva
Ordu.az