Ordu.az xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, Çin lideri “tam şəkildə işə fokuslanıb”.
“Əslində mən onu səmimi insan hesab edirəm, amma eyni zamanda o, tam şəkildə işə fokuslanıb. O, dərhal işə başlayır, heç bir oyun, bu gün havanın necə gözəl olması barədə söhbətlər və ya “gəlin ulduzlara baxaq, günəşə baxaq” kimi ifadələr yoxdur”, - deyə Tramp bildirib.
Tramp həmin gün daha əvvəl Si Cinpinlə danışıqlarını əla adlandırıb.
Bununla yanaşı, Ağ Evin rəhbəri dialoq zamanı Tayvan ətrafındakı vəziyyətin müzakirə olunub-olunmaması məsələsini şərh etməkdən imtina edib.
Sevinc Əliyeva
Ordu.az