Çin Baş naziri ABŞ iş adamlarını ölkələr arasında münasibətlərin inkişafına töhfə verməyə çağırıb

2026/05/1778764404.jpg
Oxunub: 367     17:10     14 May 2026    
Pekində keçirilən görüş zamanı Çin Dövlət Şurasının sədri Li Çyan İlon Maskı, Tim Kukı, Censen Huanı və digər aparıcı Amerika iş adamlarını ABŞ və Çin arasında münasibətlərin sağlam inkişafına töhfə verməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Çin-ABŞ münasibətlərinin normal inkişafı həm iki ölkə hökumətlərinin yaxınlaşmasını, həm də cəmiyyətin bütün təbəqələrinin bu prosesə təkan vermək üçün birgə səylərini tələb edir”, - deyə o bildirib.

Hökumət rəhbəri “Apple”ın baş direktoru Tim Kuk, “Nvidia”nın qurucusu Censen Huan və “Tesla” rəhbəri İlon Maskla Çin sədri Si Cinpin və ABŞ prezidenti Donald Tramp arasında keçirilən danışıqlardan sonra görüşüb.

Li Çyanın sözlərinə görə, ölkə liderləri ikitərəfli maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb və ikitərəfli münasibətlərin gələcəyi üçün strateji istiqamətlər müəyyən ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ  


Bizi "telegram"da izləyin