Çin XİN Si Cinpinin Trampı dost hesab edib-etmədiyi sualına birbaşa cavab verməyib

2026/05/1778756038.jpg
Oxunub: 410     14:42     14 May 2026    
Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tsyakun cümə axşamı keçirilən brifinq zamanı Çin Prezidenti Si Cinpinin ABŞ Prezidenti Donald Trampı dost hesab edib-etmədiyi sualına birbaşa cavab verməyib.

Ordu.az xəbər verir ki, Pekində Çin lideri ilə görüş zamanı Tramp Si Cinpinin dostu olmağın onun üçün şərəf olduğunu bildirmişdi.

Brifinq zamanı jurnalistlərdən biri Si Cinpinin Donald Trampı dost hesab edib-etmədiyi barədə suala cavab verməsini istəyib.

“Bu gün səhər Çin Xalq Respublikasının Prezidenti Si Cinpin Pekində, Xalq Nümayəndələri Sarayında Çində dövlət səfərində olan ABŞ Prezidenti Tramp ilə danışıqlar aparıb. Tərəflər Çin-ABŞ münasibətləri, eləcə də qlobal məsələlərə dair əsas mövzular ətrafında fikir mübadiləsi aparıblar”, - deyə diplomat dostluqla bağlı suala birbaşa cavab vermədən bildirib.

İki ölkə liderinin danışıqları Trampın mayın 13-15-də Çin Xalq Respublikasına etdiyi dövlət səfəri çərçivəsində Pekində baş tutub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Tramp   ABŞ   Cinpin  


Bizi "telegram"da izləyin