Ordu.az xəbər verir ki, bu barədə mayın 13-də “Sinxua” agentliyi məlumat yayıb.
“Mətnə əsasən, dövlət başçıları bir-birini dəstəkləmək və bu il AİƏT liderlərinin qeyri-rəsmi görüşünü, eləcə də G20 sammitini keçirmək barədə razılığa gəliblər”, - deyə məlumatda bildirilib.
Qeyd olunur ki, söhbət zamanı Tramp və Si Cinpin növbə ilə iş adamları ilə görüşüblər və bir gün əvvəl iki ölkənin iqtisadi və ticarət qrupları ümumi balanslaşdırılmış və müsbət nəticə əldə etməyə nail olublar.
Agentliyin məlumatına görə, bu addımlar “bütün dünya” xalqları üçün “yaxşı xəbər”dir.
Həmin gün Pekində keçirilən danışıqlar çərçivəsində Si Cinpin və Tramp Ukrayna, Yaxın Şərq və Koreya yarımadasındakı vəziyyəti də müzakirə ediblər.
Bildirilir ki, dövlət başçıları bu məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Si Cinpin həmçinin ABŞ-Çin ticarət tərəfdaşlığının qarşılıqlı faydalı əhəmiyyətini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az