Ukraynada iki vilayət atəşə tutulub, 2 ölü, 47 yaralı var

2023/07/16830-1689228558.jpg
Oxunub: 300     11:22     14 May 2026    
Rusiya silahlı qüvvələri Ukraynanın Xerson və Xarkov vilayətlərinə hücum edib, nəticədə iki nəfər həlak olub, daha 47 nəfər yaralanıb.

Ordu.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyalarının (VHA) rəhbərləri məlumat yayıb.

Xerson vilayətinin rəhbəri Aleksandr Prokudin bildirib ki, atəş nəticəsində 31 nəfər zərər çəkib, daha iki nəfər həlak olub. Xarkov şəhərinin meri İqor Terexov isə 16 nəfərin tibbi yardım üçün müraciət etdiyini bəyan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xerson   Ukrayna  


Bizi "telegram"da izləyin