Ordu.az xəbər verir ki, bu barədə “Sinxua” xəbər agentliyi məlumat yayıb.
“İki ölkə lideri Yaxın Şərqdəki vəziyyət, Ukrayna böhranı və Koreya yarımadası kimi beynəlxalq və regional mühüm məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda bildirilib.
Söhbət zamanı Si Cinpin vurğulayıb ki, Vaşinqtonla münasibətlərdə Pekin üçün Tayvan məsələsi əsas əhəmiyyət daşıyır.
O izah edib ki, əgər bu məsələdə tərəflərin qarşılıqlı fəaliyyəti “düzgün əsaslar üzərində” qurularsa, Çin-ABŞ münasibətləri “ümumilikdə sabit” qalacaq.
Donald Tramp isə öz növbəsində bildirib ki, administrasiyası Pekinlə münasibətlərin möhkəmləndirilməsi istiqamətində işi davam etdirməyə hazırdır və amerikalı iş adamlarını Çinlə əməkdaşlığı genişləndirməyə çağırıb.
Ölkə liderləri bu il Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı təşkilatına üzv dövlətlərin liderlərinin qeyri-rəsmi görüşünü, həmçinin G20 sammitini keçirmək üçün bir-birini dəstəkləmək barədə razılığa gəliblər.
Sevinc Əliyeva
Ordu.az