Si Cinpin ÇXR və ABŞ arasında ticarət tərəfdaşlığının qarşılıqlı faydasının vacibliyini qeyd edib

2026/05/1778692481.jpg
Oxunub: 281     10:09     14 May 2026    
ÇXR sədri Si Cinpin Çin və ABŞ arasında ticarət-iqtisadi münasibətlərin inkişafında qarşılıqlı faydanın vacibliyini vurğulayıb.

Ordu.az xəbər verir ki, o, bu barədə mayın 14-də Pekində, Xalq Yığıncaqları Evində ABŞ prezidenti Donald Trampla görüşü zamanı bildirib.

“Çin və ABŞ arasında ticarət-iqtisadi münasibətlərin mahiyyəti qarşılıqlı fayda və qarşılıqlı qazancdır”, - deyə ÇXR sədri bildirib.

Si Cinpin həmçinin təsdiqləyib ki, ticarət danışıqlarında nəticələr əldə olunub. O vurğulayıb ki, müzakirələrin bərabərlik prinsipi əsasında qurulması yeganə düzgün seçimdir.

“Ticarət müharibələrində qalib olmadığını faktlar dəfələrlə sübut edib”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ  


Bizi "telegram"da izləyin