Si Cinpin ABŞ ilə birlikdə “Fukidid tələsi”ndən yayınmağın vacibliyini qeyd edib

2026/05/1778738473.jpg
Oxunub: 333     09:56     14 May 2026    
Çin Xalq Respublikasının sədri Si Cinpin bildirib ki, Çin və ABŞ arasında ikitərəfli münasibətlərdə “Fukidid tələsi”ndən yayınmaq vacibdir.

Ordu.az xəbər verir ki, o, bu barədə Pekindəki Xalq Yığıncaqları Evində ABŞ prezidenti Donald Trampla görüşü zamanı danışıb.

“Çin və ABŞ “Fukidid tələsi” adlandırılan vəziyyəti aşa və böyük dövlətlər arasında münasibətlərin yeni modelini yarada biləcəkmi... bunlar tarix, dünya və xalqlar tərəfindən qarşıya qoyulan suallardır”, - deyə Si Cinpin bildirib.

ÇXR sədri vurğulayıb ki, hazırda beynəlxalq vəziyyət qeyri-sabitdir, buna görə də Çin və ABŞ dünyada sabitliyin birgə təmin olunmasına çalışmalıdır.

“Fukidid tələsi” termini sürətlə inkişaf edən güclə artıq lider mövqedə olan dövlət arasında yaranan və münaqişəyə çevrilən rəqabət vəziyyətini ifadə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cinpin   ABŞ   Çin  


Bizi "telegram"da izləyin