Ordu.az xəbər verir ki, bu barədə “Fox News” telekanalına müsahibəsində ABŞ dövlət katibi Marko Rubio bildirib.
“Biz ümid edirik ki, onları İrana hazırda Fars körfəzində etdiklərindən imtina etməyə məcbur etmək üçün daha fəal rol oynamağa razı sala biləcəyik”, - deyə Rubio bildirib.
Onun sözlərinə görə, İranın davranışı “böyük qeyri-sabitlik mənbəyidir”.
Rubio hesab edir ki, Tehranının addımları “Asiyanı dünyanın başqa hər hansı bir hissəsindən daha çox destabilizasiya etməklə hədələyir, çünki bu region enerji tədarükündən boğazlar vasitəsilə ciddi şəkildə asılıdır”.
Dövlət katibi həmçinin iddia edib ki, Çin Hörmüz boğazı ilə gəmiçiliyin bərpasında iqtisadi marağa malikdir, çünki digər ölkələr çətinliklərlə üzləşsə, “onlar daha az Çin məhsulu alacaqlar”.
“Bu məsələnin tənzimlənməsi onların marağındadır”, - deyə ABŞ dövlət katibi yekunlaşdırıb.
Cümə axşamı Pekində ABŞ prezidenti Donald Tramp və ÇXR sədri Si Cinpin arasında danışıqlar başlayır. Amerika lideri Çində dövlət səfərindədir.
Sevinc Əliyeva
Ordu.az