Mayın 14-ü səhərə olan vəziyyətə əsasən Yaxın Şərqin əsas hadisələri

2026/05/1778737129.jpg
Oxunub: 421     09:33     14 May 2026    
Yaxın Şərqdə vəziyyət gərgin və qeyri-sabit olaraq qalır. İslamabadda İran və ABŞ arasında danışıqlar barədə yayılan xəbərlər yalnız dialoq qurmaq cəhdlərini əks etdirir. Təmaslar qeyri-müntəzəm xarakter daşıyır və indiyədək nəticə verməyib.

Eyni zamanda, İsrail elan edilmiş atəşkəsə baxmayaraq, Livan ərazisinə zərbələr endirməyə davam edir. Bu isə atəşkəs rejiminin faktiki pozulduğunu göstərir. Ümumilikdə region uzunmüddətli eskalasiya vəziyyətində qalır və sonrakı gərginləşmə riski mövcuddur.

Ordu.az Yaxın Şərqdə cümə axşamı gecəsi baş verən əsas hadisələrin xülasəsini təqdim edir.

ABŞ Senatı yenidən demokratların prezident Donald Trampın İrana qarşı hərbi güc tətbiqi səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş qətnaməsini bloklayıb. Bu barədə “CBS News” məlumat yayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi İsraillə “sui-qəsd” quran dövlətləri məsuliyyətlə bağlı xəbərdar edib. “İranın böyük xalqı ilə düşmənçilik axmaq macəradır. Eyni zamanda İsraillə sui-qəsd qurmaq bağışlanmazdır. İsraillə parçalanma yaratmaq məqsədilə sui-qəsd quranlar məsuliyyətə cəlb olunacaqlar”, - deyə Əraqçi “X” sosial şəbəkəsində yazıb.

ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, Vaşinqton Çin tərəfdən Hörmüz boğazı ilə gəmiçiliyin bərpası üçün daha fəal addımlar gözləyir. “Biz ümid edirik ki, onları Fars körfəzində hazırda etdiklərindən imtina etməyə İranı məcbur etmək üçün daha fəal rol oynamağa razı sala bilərik”, - deyə Rubio bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaxın-Şərq   ABŞ   İran  


Bizi "telegram"da izləyin