Si Cinpin Çin və ABŞ-nin tərəfdaşlığa ehtiyacı olduğunu bildirib

2026/05/1778736459.jpg
Oxunub: 340     09:26     14 May 2026    
Çin və ABŞ rəqabət deyil, tərəfdaşlıq münasibətlərini inkişaf etdirməli, ümumi rifaha və uğura can atmalıdır. Bu barədə mayın 14-də Pekində, Xalq Yığıncaqları Evində keçirilən görüş zamanı ÇXR-in sədri Si Cinpin ABŞ prezidenti Donald Tramp ilə danışıqlar çərçivəsində bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Çinin rəsmi açıqlamasında qeyd olunub.

“Çin və ABŞ arasında qarşıdurma qarşılıqlı zərərə gətirib çıxarar, buna görə də onlar rəqib deyil, tərəfdaş olmalıdır”, - deyə Si Cinpin bildirib.

ÇXR sədri qeyd edib ki, qarşılıqlı dəstək və birgə inkişaf Pekin və Vaşinqtona müasir şəraitdə iki böyük dövlətin qarşılıqlı fəaliyyətinin yeni formatını formalaşdırmağa kömək edə bilər. O həmçinin vurğulayıb ki, iki ölkənin və beynəlxalq gündəliyin əsas məsələləri ilə bağlı fikir mübadiləsinin aparılmasına ümid edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cinpin   Çin   ABŞ  


Bizi "telegram"da izləyin