Pentaqon ABŞ-nin raket arsenalını genişləndirmək üçün yeni müqavilələr imzalayıb

2025/10/1759853339.jpg
Oxunub: 633     03:39     14 May 2026    
Pentaqon ABŞ-nin raket arsenalını genişləndirmək üçün bir neçə müdafiə şirkəti ilə yeni müqavilələr imzaladığını açıqlayıb.

Ordu.az-ın məlumatına görə, tərəfdaşlar arasında "Anduril Industries", "CoAspire", "Leidos", "Zone 5 Technologies" və "Castelion" şirkətləri var.

Müqavilələr konteyner buraxılış sistemləri də daxil olmaqla, ucuz raketlərin, eləcə də hipersəs sistemlərin hazırlanmasını əhatə edir.

Pentaqon təşəbbüsün məqsədinin ABŞ Silahlı Qüvvələrinin zərbə imkanlarını sürətlə artırmaq və qoşunları əlverişli silahlarla təmin etmək olduğunu bildirib.

CSIS analitik mərkəzi daha əvvəl xəbərdarlıq edib ki, genişmiqyaslı münaqişələr baş verərsə, ABŞ arsenalların tükənməsi səbəbindən, dəqiq idarə olunan raket çatışmazlığı ilə üzləşə bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ  


Bizi "telegram"da izləyin