Respublikaçıların İranla müharibəyə qarşı müqaviməti artır

2026/03/1773212137.jpg
Oxunub: 409     00:01     14 May 2026    
ABŞ Senatında respublikaçılar demokratların İranla müharibənin dayandırılmasına yönəlmiş qanunvericilik təşəbbüsünün qarşısını yenidən ala biliblər.

Ordu.az xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.

Məlumata görə, müharibəyə qarşı səs verən respublikaçı senatorların sayı artıb. Alyaskadan olan respublikaçı senator Liza Murkovski 2026-cı il fevralın sonundan etibarən başlayan müharibədən bəri ilk dəfə müharibənin əleyhinə səs verib.

Men ştatından senator Syuzan Kollinz və Kentukkidən senator Rend Pol da əvvəlki səsvermələrdə olduğu kimi müharibənin əleyhinə çıxış ediblər.

Hərbi Səlahiyyətlər haqqında qanun layihəsi yekunda qəbul edilməyib. Səsvermədə 49 senator “lehinə”, 50 senator isə “əleyhinə” səs verib.

Pensilvaniyadan senator Con Fetterman təşəbbüsə qarşı çıxan yeganə demokrat olub.

Agentlik qeyd edir ki, səslər arasındakı bu cüzi fərq Donald Trampın başlatdığı müharibə ilə bağlı artan narahatlığı əks etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Respublikaçılar   İran   ABŞ  


Bizi "telegram"da izləyin