Türkiyədə “Mavi Vətən Qanunu” hazırlanır

2026/05/Ekran-1778693196.jpg
Oxunub: 575     21:23     13 May 2026    
Türkiyənin Qara dəniz, Aralıq dənizi və Egey dənizindəki hüquq və maraqlarını hüquqi təminat altına almaq məqsədilə “Mavi Vətən” doktrinası çərçivəsində yeni qanun layihəsi hazırlanır.

Ordu.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, Türkiyənin dəniz səlahiyyət zonalarındakı suveren hüquqlarını qoruyacaq və beynəlxalq sulardakı standartlarını müəyyən edəcək genişmiqyaslı hüquqi tənzimləmə üçün işlərə başlanılıb.

Hazırlanan layihəyə əsasən, əvvəllər müxtəlif qanunvericilik aktlarında yer alan və ya hüquqi boşluq mövcud olan məsələlər vahid çərçivədə birləşdiriləcək.

Qanun layihəsinin Qurban bayramından sonra Türkiyə parlamentinə təqdim ediləcəyi gözlənilir. Layihə çərçivəsində Türkiyənin dəniz sərhədlərini müəyyən edən müstəsna iqtisadi zona və kontinental şelf sərhədləri əsas qanun səviyyəsində təsbit olunacaq.

Layihədə xüsusilə Egey dənizində Türkiyə ilə Yunanıstan arasında vaxtaşırı gərginliyə səbəb olan və “boz zona” adlandırılan ada, adacıq və qayaların hüquqi statusu da nəzərdə tutulur.

Qanun layihəsinin hazırlanması zamanı Türkiyə Xarici İşlər Nazirliyi, Türkiyə Silahlı Qüvvələri və Hərbi Dəniz Qüvvələri Komandanlığının rəyləri də nəzərə alınıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Mavi-Vətən-Qanunu  


Bizi "telegram"da izləyin