“Beyond Technologies” SAHA 2026-da yeni texnologiyalarını təqdim edib - VİDEO

2026/05/1778693122.jpg
Oxunub: 659     21:20     13 May 2026    
Müdafiə və təhlükəsizlik sektorunda innovativ məhsul və həlləri ilə diqqət çəkən “Beyond Technologies” SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində insansız hava və quru platformalarını, missiya yönümlü sistem həllərini və döyüş meydanı üçün hazırlanan texnologiyalarını nümayiş etdirib.

Ordu.az xəbər verir ki, bu barədə şirkət sosial media hesablarında paylaşım edib.

Şirkət sərgi çərçivəsində gələcəyin əməliyyat ehtiyaclarına yönəlmiş innovativ həllərini təqdim etmək və müdafiə texnologiyalarının gələcəyini müzakirə etmək imkanı əldə etdiyini bildirib.

“SAHA EXPO 2026-nı uğurla başa vurduq. Sərgi müddətində stendimizdə qonaqları, sektor nümayəndələrini və müxtəlif qurumların təmsilçilərini qəbul etməkdən məmnunluq duyduq. “Beyond Technologies” olaraq insansız sistemlər, missiya yönümlü platformalar və döyüş meydanı üçün nəzərdə tutulmuş müdafiə texnologiyaları sahəsindəki fəaliyyətimizi paylaşmaq imkanı qazandıq”, - deyə paylaşımda qeyd olunub.

Şirkət süni zəka, müdafiə sistemləri və avtonom platformalar sahəsində fəaliyyət göstərir. “Beyond Technologies” başda insansız hava və quru platformaları olmaqla, təhlükəsizlik, müdafiə və missiya idarəetməsi sahələri üçün inteqrasiya edilmiş həllər hazırlayır.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Beyond-Technologies   SAHA   2026  


Bizi "telegram"da izləyin