“ABŞ NATO müttəfiqlərinin müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmaq istəyini dəstəkləyir” - Rutte

2026/05/1778692614.jpg
Oxunub: 398     21:13     13 May 2026    
ABŞ NATO üzvlərinin müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmaq istiqamətində səylərini dəstəkləyir.

Ordu.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte bildirib.

Onun sözlərinə görə, Vaşinqton alyans üzvlərinin müdafiə xərclərini artırmaq təşəbbüsünə müsbət yanaşır.

Mətbuat konfransında çıxış edən NATO rəhbəri bildirib ki, alyans ABŞ-nin narazılıqlarını nəzərə alıb və mövcud problemlərin həlli istiqamətində addımlar atacaq.

“Biz 5%-lik həddə çatmaq üçün fəal işləyirik. Bəzi ölkələr bu göstəriciyə 2035-ci ildən daha tez nail olmaq üçün tempi artırır”, - deyə Rutte vurğulayıb.

Baş katib xüsusilə Almaniyanı qeyd edərək, ölkənin müdafiə xərclərini 2029-cu ilə qədər 50 milyard avroya çatdırmaq planını yüksək qiymətləndirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rutte   ABŞ   NATO  


Bizi "telegram"da izləyin