NYT: İran raket obyektlərinin böyük hissəsinə çıxışı bərpa edib

2026/05/1778692575.jpg
Oxunub: 480     21:09     13 May 2026    
ABŞ-də hesab edirlər ki, İran raket mövqelərinin böyük hissəsinə çıxışı bərpa edib.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri amerikalı yüksəkvəzifəli rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, İranın fəaliyyət göstərən raket obyektləri arasında Hörmüz boğazı boyunca yerləşən 30 mövqe də var ki, bu da həmin ərazidə hərəkət edən ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün birbaşa təhlükə hesab olunur.

Bildirilir ki, İran mobil buraxılış qurğularının təxminən 70%-ni qoruyub saxlayıb. Bu isə zədələnmiş və ya fəaliyyət göstərməyən stasionar obyektlərdən kənarda da raket ehtiyatlarından istifadə imkanını təmin edir.

ABŞ hərbi qurumlarının məlumatına əsasən, İranın yeraltı raket komplekslərinin 90%-ə qədəri ən azı qismən əməliyyat hazırlığı vəziyyətindədir. İranın mövcud raket arsenalı isə müharibədən əvvəlki həcmin təxminən 70%-ni təşkil edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Raket  


Bizi "telegram"da izləyin