Paşinyanın müavini ABŞ-nin AECOM şirkətinin nümayəndələri ilə görüşdə Zəngəzur dəhlizini müzakirə edib

2026/05/1778662882.jpg
Oxunub: 418     12:52     13 May 2026    
Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiyalar üzrə Tərəfdaşlıq Fondunun nümayəndə heyəti ilə Ermənistana gələn ABŞ-nin AECOM mühəndis-məsləhət şirkətinin nümayəndələrini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Bildirilib ki, şirkət Ermənistan ərazisində TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi üzrə ərazi araşdırmalarına başlamaq məqsədilə ölkəyə gəlib.

Qeyd edilib ki, şirkət Ermənistan Baş nazirinin müavininə hazırlayacağı texniki-iqtisadi qiymətləndirmə ilə bağlı həyata keçirilən işlərin əsas istiqamətlərini və gözlənilən nəticələri təqdim edib.

“Baş nazirin müavini TRIPP təşəbbüsünün regionda sülhün və sabitliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayaraq görülən işləri vacib hesab edib.

O, regional kommunikasiyaların blokdan çıxarılması imkanlarından danışaraq Ermənistan ərazisindən yüklərin və resursların tranzitinin böyük potensiala malik olduğunu qeyd edib”, - deyə məlumatda vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qriqoryan   AECOM   ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin