Ordu.az xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyinin saytında məlumat yerləşdirilib.
“NATO-Serbiya” adını daşıyan təlimlərdə Serbiya Ordusunun, həmçinin İtaliya, Rumıniya və Türkiyə Silahlı Qüvvələrinin təxminən 600 hərbçisi iştirak edir. Bundan əlavə, Böyük Britaniya, İtaliya, Almaniya, Rumıniya, ABŞ, Serbiya, Türkiyə, Fransa və Monteneqrodan gəlmiş hərbi planlaşdırıcılar və müşahidəçilər də təlimlərə qatılıb”, - deyə açıqlamada bildirilib.
Məlumata görə, təlimlərin gedişinə Serbiyanın üçüncü ordu briqadası komandirinin müavini polkovnik Branislav Stevanoviç rəhbərlik edir.
Təlimlər taktiki səviyyədə keçirilir və mayın 23-nə qədər davam edəcək.
Qurumdan bildirilib ki, təlimlərin nəticəsində Serbiya və NATO hərbçiləri “təcrübə mübadiləsi” həyata keçirə və birgə fəaliyyət bacarıqlarını inkişaf etdirə biləcəklər.
Sevinc Əliyeva
Ordu.az