Tramp Pekinə İlon Maskla birlikdə gedib

2026/02/1770610098.jpg
Oxunub: 340     09:01     13 May 2026    
ABŞ prezidenti Donald Tramp ABŞ ilə Çin liderlərinin görüşü ərəfəsində "SpaceX"in qurucusu Elon Musk və "Nvidia"nın baş direktoru Censen Huang ilə birlikdə Pekinə səfər edib.

Ordu.az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.

Məlumata əsasən, sahibkarlar Alyaskada Pekinə uçan "Air Force One" təyyarəsinə miniblər.

Qeyd edək ki, mayın 11-də "Bloomberg" agentliyi Tramp administrasiyasının İlon Mask, "Apple" şirkətinin baş direktoru Tim Kuk və Amerikanın böyük korporasiyalarının rəhbərlərini prezidentin Çinə dövlət səfərində müşayiət etməyə dəvət etdiyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Mask  


Bizi "telegram"da izləyin