Ordu.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
“Məhz Kim Çen In bir sıra hərbi-sənaye müəssisələrinə baş çəkib və 2026-cı ilin ilk yarısında hərbi istehsal tapşırıqlarının icra vəziyyəti ilə tanış olub”, - deyə məlumatda bildirilib.
Kim Çen In müdafiə sənayesi işçilərinə vətənpərvərlik və fədakarlıqlarına görə təşəkkür edib. O bildirib ki, müxtəlif növ mərmi və patron istehsalında rekord göstəricilər əldə olunub və bu, silahlı qüvvələrin döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə güclənməsinə səbəb olub.
KXDR lideri həmçinin hərbi sənayenin təşkili, istehsal prosesləri və infrastruktur sahəsində bir sıra çatışmazlıqlara diqqət çəkib. O, əsas problem kimi istehsal güclərinin modernləşdirilməsi zərurətini qeyd edib. Bu isə məhsul buraxılışı strukturunun optimallaşdırılması və texnoloji proseslərin rasional şəkildə yenidən bölüşdürülməsini nəzərdə tutur.
Sevinc Əliyeva
Ordu.az