Azərbaycan hərbçiləri "EFES - 2026"da paraşüt tullanışlarını icra ediblər - VİDEO

2026/05/1778586290.jpg
Oxunub: 406     15:13     12 May 2026    
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə Türkiyədə keçirilən "EFES - 2026" çoxmillətli təlimində növbəti tapşırıqlar uğurla icra olunub.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Bildirilib ki, Azərbaycan, Türkiyə və Macarıstanlı hərbçilər tərəfindən paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar praktiki yerinə yetirilib.

Müxtəlif yüksəkliklərdən paraşüt tullanışları zamanı iştirakçı ölkələrin və "EFES-2026" təliminin bayrağı daxil olmaqla ümumilikdə 53 bayraq Türkiyə səmasında dalğalandırılıb.

Qeyd edək ki, Azərbaycanın hərbi qulluqçuları digər iştirakçılarla birgə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ordu   EFES-2026  


Bizi "telegram"da izləyin