Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hrparak” nəşri yazıb.
Nəşrə görə, bazar günü Qafan şəhərində keçirilən yekun mitinq üçün bütün regional hakimiyyət strukturları və inzibati resurslar səfərbər olunub.
“İcma rəhbərləri və inzibati nümayəndələr dövlət müəssisələrinin əməkdaşlarını mitinqdə iştirak etməyə məcbur etmək üçün ciddi iş aparıblar. Bundan əlavə, bütün yaşayış məntəqələrindən insanların daşınması təşkil edilib və ən azı 10 min nəfərin tədbirə qatılacağı gözlənilib.
Lakin Daniel İoannisyanın hesablamalarına görə, Qafan meydanında cəmi 2 min 180 nəfər toplaşıb. Halbuki təkcə Qafan şəhərinin əhalisi təxminən 46 min nəfərdir. Eyni zamanda, İoannisyanın məlumatına əsasən, “Güclü Ermənistan” təşviqat kampaniyasının “Ana Ermənistan” abidəsi yaxınlığında keçirilən açılış tədbirində 5 min 650 nəfər iştirak edib”, - deyə müəllif bildirib.
Qəzet vurğulayıb ki, hakimiyyətin açıqladığı rəqəmlərin şişirdildiyi, müxalifətin göstəricilərinin isə azaldıldığı aydın görünür: “Bununla yanaşı, hakimiyyətin insan toplamaq imkanlarının müxalifətdən dəfələrlə artıq olduğu vurğulanır”.
Alpər Mövludoğlu
Ordu.az