“İravunk”: Zəngəzura səfərdən sonra Paşinyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvündən narazı qalıb

2026/05/1778562647.jpg
Oxunub: 490     09:10     12 May 2026    
Zəngəzur bölgəsinə, xüsusilə Gorus şəhərinə səfərdən sonra Nikol Paşinyanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvü Armen Xaçatryandan narazı qaldığı bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Paşinyan keçmiş yol polisi əməkdaşı olmuş Armen Xaçatryanı sərt şəkildə tənqid edib.

Məlumata əsasən, Paşinyan ona belə deyib: “Böyük-böyük danışırsan ki, guya Gorusda nüfuz sahibisən. Get Aruşun qurbanı ol, ora gələnlərin hamısı onun üçün gəlmişdi”.

“Armen Xaçatryana hakim “Vətəndaş Müqaviləsi” partiyasının daxilində də mənfi münasibət var. Partiya daxilində onun haqqında belə danışıldığı bildirilir: “İnqilab günlərində keçmiş hakimiyyətin yol polisi əməkdaşlarından biri idi, heç bir fəaliyyəti olmayıb, amma indi gəlib ilk 50-liyə düşüb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin