Ordu.az xəbər verir ki, Köçəryan bu barədə İcevan sakinləri ilə görüşü zamanı danışıb.
O qeyd edib ki, İctimai Televiziya artıq çoxdan “Vətəndaş Müqaviləsi” partiyasının təbliğat ruporuna çevrilib.
Köçəryan Ermənistanın potensialının inkişaf etdirilməsini nəzərdə tutduğunu bildirib və ölkənin qonşu dövlətlərin ərazilərinə qarşı heç bir iddiası olmadığını vurğulayıb.
“Ermənistanda 3 milyon əhali yaşayır, diasporda isə bundan iki dəfə çox insan var. Mən o vaxt “kiçik ölkə - böyük oyunçu” ideyasını irəli sürmüşdüm və digər ölkələrin nümunələrini göstərmişdim. Bu çıxış İctimai Televiziyada yayımlanmışdı və həmin kanal artıq çoxdan Ermənistanın ictimai televiziyası deyil, “Vətəndaş Müqaviləsi”nin təbliğat ruporudur”, - deyə Köçəryan bildirib.
O, özünün ölkəyə qarşı hücumları leqallaşdırdığı barədə iddiaları növbəti yalan adlandırıb.
Alpər Mövludoğlu
Ordu.az