Ordu.az xəbər verir ki, bu barədə bu gün seçkiqabağı kampaniya zamanı Ermənistanın Baş naziri, hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatlığa namizədlərinin proporsional siyahısına rəhbərlik edən Nikol Paşinyan bildirib.
Paşinyan xatırladıb ki, 2024-cü ildə Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyası komissiyalarının fəaliyyət qaydalarını imzalayıb və ratifikasiya edib, burada Alma-Ata Bəyannaməsi delimitasiyanın əsas prinsipi kimi qəbul olunub.
“Bu o deməkdir ki, Sovet Ermənistanı ilə Sovet Azərbaycanın sərhədləri iki ölkə arasında dövlət sərhədlərinə çevrilməlidir. Həll məhz belə olacaq”, - deyə Paşinyan izah edib.
Alpər Mövludoğlu
Ordu.az