Ordu.az xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə söhbətində hazırda məzuniyyətdə olan Ermənistanın Baş naziri, ölkədə hakim olan “Vətəndaş Müqaviləsi” partiyasının deputatlığa namizədlərinin proporsional siyahısına rəhbərlik edən Nikol Paşinyan bildirib.
“Mən həm Rusiyaya, həm Ukraynaya, həm Gürcüstana, həm də Moldovaya böyük hörmətlə yanaşıram. Bu ölkələrin adlarını Ermənistanla müqayisədə mənfi meyar kimi istifadə etməyə özümə icazə verə bilmərəm. Həm Ukrayna, həm Gürcüstan, həm də Moldova gözəl ölkələrdir, Ermənistanın dost ölkələridir. Mən necə bir söhbətdə iştirak edə bilərəm ki, orada, məsələn, Gürcüstanın adı mənfi mənada istifadə olunsun?”, - deyə Paşinyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az