İrəvanda seçkiqabağı kampaniya zamanı hakim partiyanın tərəfdarlarını xəyanətkar adlandırıblar

2026/05/1778506406.jpg
Oxunub: 402     17:29     11 May 2026    
Mayın 11-də Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının seçkiqabağı kampaniyası zamanı insident baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, hakim partiyanın tərəfdarları “Nikol, Baş nazir” şüarını səsləndirərkən, yaxınlıqdan keçən müxalifət baxışlı bir qadın onları “xəyanətkarlar” və “torpaq satanlar” adlandırıb.

Bundan sonra kampaniyada iştirak edənlər şüarlarını daha da yüksək səslə səsləndirməyə başlayıblar. Hadisə İrəvandakı çoxmərtəbəli binalardan birinin həyətində baş verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Ermənistan  


Bizi "telegram"da izləyin