İranın Çindəki səfiri: “ABŞ ilə istənilən razılaşma böyük dövlətlər tərəfindən təminatlandırılmalıdır”

2026/05/1778476634.jpg
Oxunub: 412     09:08     11 May 2026    
İranın Çindəki səfiri Əbdolreza Rəhmani Fəzli bəyan edib ki, Tehran və Vaşinqton arasında mümkün istənilən razılaşma Çin və Rusiya kimi böyük dövlətlər tərəfindən təminatlandırılmalıdır.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Əbdolreza Rəhmani Fəzli bazar günü sosial şəbəkələrdə yazıb ki, “istənilən müvəqqəti razılaşma böyük dövlətlərin təminatları ilə müşayiət olunmalı, həmçinin BMT Təhlükəsizlik Şurasında müzakirə edilməlidir”.

İranlı diplomat Çin və Rusiyanı iki böyük və təsirli dövlət kimi xarakterizə edib.

“Çinin İran və Fars körfəzi regionunun digər ölkələri ilə münasibətlərdəki mövqeyini nəzərə alaraq, Pekin istənilən razılaşmanın təminatçısı hesab oluna bilər”, - deyə Rəhmani Fəzli bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Çin   ABŞ  


Bizi "telegram"da izləyin