Xaricdə yaşayan Ermənistan vətəndaşları yalnız ölkəyə qayıtdıqdan sonra seçkilərdə səs verə biləcəklər

2026/04/1775489688.jpg
Oxunub: 365     06:46     11 May 2026    
Ermənistanın xaricdə daimi yaşayan vətəndaşları parlament seçkilərində yalnız ölkədə olduqları təqdirdə iştirak edə biləcəklər.

Ordu.az-ın TASS-a istinadən məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Seda Qukasyan bildirib.

O xatırladıb ki, 2012-ci ildə Seçki Məcəlləsinə edilən dəyişikliklərdən sonra xaricdəki Ermənistan vətəndaşları artıq səfirlik və konsulluqlarda yerləşən seçki məntəqələrində səs verə bilməyəcəklər və yalnız ölkənin özündə səs vermək hüquqlarından istifadə edə bilərlər.

İstisnalar diplomatlar, xaricdə uzadılmış ezamiyyətdə olan və ya təhsil alan hərbçilər və onların ailə üzvləridir. Onlar üçün elektron səsvermə mövcuddur.

MSK-nın məlumatına görə, Ermənistanda parlament seçkiləri 7 iyunda keçiriləcək, 17 partiya və iki partiya bloku iştirak edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin