Ordu.az xəbər verir ki, bunu Qavarda sakinlərlə görüş zamanı Ermənistanın ikinci prezidenti, baş nazir postuna namizəd Robert Köçəryan bildirib.
Erməni siyasətçi xatırladıb ki, onun hakimiyyəti dövründə həyata keçirilən tamamlayıcı siyasətin mahiyyəti böyük dövlətlərin ziddiyyətləri üzərində oynamamaq olub.
“Bu, pis sonluqla nəticələnir”, - deyə o qeyd edib.
“Saakaşvili də belə davranırdı. Biz heç vaxt belə addım atmamışıq. Böyük dövlətlərin ziddiyyətlərlə yanaşı, təmas nöqtələri də var. Biz Rusiya, ABŞ və Avropa İttifaqı ilə münasibətlərdə məhz buna diqqət yetirirdik.
İndi isə Ermənistan hakimiyyəti sözün əsl mənasında toqquşma nöqtəsinin içinə girir. Son absurd addım Zelenskini dəvət etmək və onun İrəvandan səsləndirdiyi bəyanatlar oldu. Beynəlxalq münasibətlərdə strateji müttəfiqə qarşı Ermənistan ərazisindən bəyanatlar səsləndirilməsi yolverilməzdir.
Onlar Rusiyaya bunu necə izah edəcəklər?”, - deyə Köçəryan bildirib.
O əlavə edib ki, Ermənistan Rusiya ilə Ukrayna arasındakı münasibətlərə qarışmamalıdır, çünki bu, pis nəticələrə səbəb ola bilər və bunun bədəlini erməni xalqı ödəməli olacaq.
Alpər Mövludoğlu
Ordu.az