Mirzoyan Putinin sərt bəyanatı haqqında: “Qərar vermək vaxtı gələndə qərar verəcəyik”

2026/05/1778407473.jpg
Oxunub: 497     14:09     10 May 2026    
“Açığını desəm, hazırda seçkiqabağı kampaniya ilə məşğuluq və bütün bəyanatları, detalları izləməyə çox vaxtımız çatmır. Amma qeyd etdiyiniz konkret məqamla bağlı biz həmişə demişik ki, Ermənistanın Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqı arasında seçim etməli olduğu an gələndə, təbii ki, seçimimizi edəcəyik”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistin Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Avrasiya İqtisadi Birliyində qalması və ya “sivil boşanma” yolu ilə Avropa İttifaqına yönəlməsi barədə qərar verməli olduğu ilə bağlı sərt bəyanatına münasibətini soruşarkən deyib.

“Burada yeni heç nə yoxdur. Hazırda biz Avrasiya İqtisadi Birliyinin üzvüyük və fəaliyyətimizi davam etdiririk. Həmçinin sirr deyil ki, Ermənistan xalqının da, belə demək mümkündürsə, Avropa ambisiyaları var. Qərar vermək vaxtı gələndə qərar verəcəyik”, - deyə Mirzoyan əlavə edib.

Jurnalistin Paşinyanın Moskvada Ermənistanın hələ də Avrasiya İqtisadi Birliyinin üzvü olduğu barədə bəyanatının qüvvədə qalıb-qalmadığı ilə bağlı sualına Ararat Mirzoyan belə cavab verib: “Bu gün mayın 10-dur, biz Avrasiya İqtisadi Birliyinin üzvüyük, heç kim bizə sabah çıxın deməyib. Bu, qüvvədədir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Ermənistan  


Bizi "telegram"da izləyin