Ordu.az xəbər verir ki, bunu Vardenis sakinləri ilə “Hayastan” blokunun nümayəndələrinin görüşü zamanı Ermənistanın ikinci prezidenti və baş nazir postuna namizəd Robert Köçəryan bildirib.
Erməni siyasətçi region sakinlərinin neçə nəfərinin işləmək üçün Rusiyaya getdiyi ilə maraqlanıb.
“Çoxu”, - deyə Vardenis sakinləri cavab veriblər.
Köçəryan Rusiya Prezidentinin bir gün əvvəl Ermənistanın Avrasiya İqtisadi Birliyindən “sivil boşanması” ehtimalı ilə bağlı keçirdiyi brifinqi xatırladıb və qeyd edib ki, ölkənin birlikdən mümkün çıxışı Rusiya Federasiyasında dolanan insanlar üçün çox ciddi problemlər yaradacaq.
“Belə təəssürat yaranır ki, Ermənistan hakimiyyəti xalqımızın, əhalimizin neçə faizinin müəyyən dərəcədə Rusiya və Avrasiya İqtisadi Birliyi ilə münasibətlərdən asılı olduğunu anlamır. Təxminən 70 faiz müxtəlif səviyyələrdə bu asılılıq içindədir. Bu gün isə bunun nə üçün təhlükə altına atıldığını anlamıram”, - deyə Köçəryan bildirib.
Onun sözlərinə görə, mətbuat konfransı ciddi narahatlıq üçün əsas yaradır.
Erməni siyasətçi vurğulayıb ki, Ermənistanın təhlükəsizliyi müasir və güclü ordu, qüdrətli müttəfiq və güclü lider vasitəsilə təmin edilməlidir.
“Bu çətinliklərin öhdəsindən gəlmək mümkündür. Bütün bunları aşmağın yolu iyunun 7-də üzərində 17 (“Hayastan” blokunun nömrəsi) yazılmış bülletendir”, - deyə Köçəryan xatırladıb.
Alpər Mövludoğlu
Ordu.az