Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Məlumata görə, media qurumları “ictimai asayiş və milli təhlükəsizlik üçün təhdid yaratmaqda” ittiham olunur.
“Sərhədsiz Reportyorlar” təşkilatı bu ittihamları saxta adlandırıb.
Təşkilat öz bəyanatında “mətbuat azadlığını boğmağa yönəlmiş sistemli strategiyanı” pisləyib və qəbul edilən qərarın ləğv edilməsinə çağırıb.
Qərbi Afrika ölkəsində medianı tənzimləyən Milli Rabitə Observatoriyası cümə günü gecə yaydığı açıqlamada “France 24”, RFI, “France Afrique Media”, “LSI Africa”, AFP, “TV5 Monde”, “TF1 Info”, “Jeune Afrique” və “Mediapart”ın fəaliyyətinin dayandırılmasının “sülhün, sosial birliyin və institutların sabitliyinin qorunması üçün” zəruri olduğunu bildirib.
Zərərçəkmiş media qurumları “ictimai asayiş üçün ciddi təhlükə yarada biləcək məzmun yaymaqda” və regionda fəaliyyət göstərən müdafiə və təhlükəsizlik qüvvələrinin döyüş ruhunu zəiflətməkdə ittiham olunublar.
Niger, eləcə də qonşu Mali və Burkina-Faso hakimiyyəti zor gücü ilə ələ keçirən hərbi rəhbərlər tərəfindən idarə olunur. Onlar vətəndaşlar üçün daha yüksək təhlükəsizlik təmin edəcəklərinə söz veriblər.
Hakimiyyəti ələ keçirdikdən sonra xuntalar Fransa və digər Qərb dövlətləri ilə əlaqələri kəsib, öz təhlükəsizlik ittifaqlarını yaradıb və ekstremist qiyamlarla mübarizə üçün hərbi dəstək almaq məqsədilə Rusiyaya üz tutublar.
Sevinc Əliyeva
Ordu.az