Livan bir gündə İsrail zərbələri nəticəsində 39 nəfərin öldüyünü açıqlayıb

2026/04/1777047460.jpg
Oxunub: 381     09:17     10 May 2026    
İsrailin bir gün ərzində həyata keçirdiyi intensiv zərbələr nəticəsində Livanda 39 nəfər həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə “BBC News” ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Səhiyyə Nazirliyi bildirib ki, ölkənin cənubundakı Saksakiya şəhərinə endirilən İsrail zərbəsi nəticəsində azı yeddi nəfər, o cümlədən bir uşaq ölüb.

Yerli KİV-in məlumatına görə, digər bir zərbə nəticəsində ölkənin cənubunda yerləşən Nəbatiyyə şəhərində bir Suriya vətəndaşı həlak olub, onun 12 yaşlı qızı isə ağır yaralanıb.

Livandakı “Hizbullah” hərəkatı pilotsuz uçuş aparatı vasitəsilə İsrailin şimalına zərbə endirib. İsrail hərbçilərinin məlumatına görə, nəticədə üç hərbçi yaralanıb.

Şənbə günü Livanın dövlət Milli İnformasiya Agentliyi ölkənin cənubuna, o cümlədən Saksakiyaya İsrail zərbələri endirildiyini bildirib. Səhiyyə Nazirliyi açıqlayıb ki, həmin hücum nəticəsində bir qız uşağı da daxil olmaqla yeddi nəfər ölüb, üç uşaq daxil olmaqla 15 nəfər yaralanıb.

Nazirlik əlavə edib ki, Nəbatiyyədə motosikletə endirilən başqa bir İsrail zərbəsi nəticəsində bir Suriya vətəndaşı və onun 12 yaşlı qızı yaralanıb.

“Birinci zərbə yerindən uzaqlaşdıqdan sonra pilotsuz uçuş aparatı ikinci dəfə hücum edib və atanı öldürüb”, - deyə nazirlikdən bildirilib.

Bundan sonra pilotsuz uçuş aparatı üçüncü dəfə birbaşa qızı hədəfə alıb. Qızın həyatını xilas etmək üçün əməliyyat keçirilib.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, ötən həftə ərzində ölkə ərazisində İsrail hücumları nəticəsində 120-dən çox insan, o cümlədən qadınlar və uşaqlar həlak olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail   Zərbə  


Bizi "telegram"da izləyin