CNN: Hörmüz boğazı ətrafında çıxılmaz vəziyyət yaranıb

2026/03/1773298624.jpg
Oxunub: 398     09:02     10 May 2026    
Hörmüz boğazı ətrafında çıxılmaz vəziyyət yaranıb.

Ordu.az xəbər verir ki, bunu CNN telekanalının aparıcısı Fərid Zəkəriya bildirib.

Telejurnalistin sözlərinə görə, “dünya İranın, yoxsa ABŞ-nin ilk geri addımı atacağını gözləyir”.

“Boğazda qarşıdurma və bunun nəticəsində neft qiymətlərinin artmasına baxmayaraq, fond bazarı demək olar ki, tarixi maksimum səviyyədə qalır”, - deyə Zəkəriya qeyd edib.

Jurnalistin sözlərinə görə, İranla müharibə artıq üçüncü aya daxil olub və kövrək atəşkəs qorunsa da, ABŞ ilə İran arasında diplomatik səylər, görünür, çıxılmaz vəziyyətə dirənib.

“Hörmüz boğazı münaqişənin əsas gərginlik nöqtəsi olaraq qalır. Hər iki tərəf faktiki olaraq əsas ticarət marşrutunu bloklayır ki, bu da neft qiymətlərinin kəskin artması fonunda qlobal iqtisadiyyatı boğur”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   İran   ABŞ  


Bizi "telegram"da izləyin