İsrail Livan sakinlərinə çağırış edib

2026/04/1777485624.jpg
Oxunub: 362     12:02     09 May 2026    
İsrail Müdafiə Qüvvələri (IDF) Hizbullah hərəkatına hədəflənmiş aviazərbələr ərəfəsində Livanın cənubunda doqquz kəndin sakinlərini təcili təxliyə olunmağa çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə IDF rəsmi nümayəndəsi Polkovnik Aviçay Adray bəyanat verib.

“Hizbullah terror təşkilatının atəşkəs razılaşmasının şərtlərini pozması fonunda IDF onlara qarşı güc tətbiq etməyə məcbur qalıb və sizə heç bir zərər vurmaq niyyətimiz yoxdur”, - deyə sözçü mülki əhaliyə müraciətində deyib.

Xəbərdarlıq Teyr Dəbba, Abbasiyə, Bürc Rahal, Marub, Barış, Ərzun, Cənnətə, Zrariyə və Eyn Bəəl yaşayış məntəqələrinin sakinlərinə edilib və onların azı bir kilometrə qədər təhlükəsiz məsafəyə təxliyə olunmaları xahiş olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin