Ermənistan TŞ katibi Zelenskinin İrəvan sammitində səsləndirdiyi təhdidlərdən xəbərsiz olduğunu bildirib

2026/05/1778309115.jpg
Oxunub: 356     10:39     09 May 2026    
“Ermənistan-Rusiya münasibətlərinin geniş gündəliyi var. Əgər həmin münasibətlərin bütün spektrini nəzərə alsaq, bəli, bəzi məqamlarda suallar yarana bilər, amma ümumilikdə bu münasibətlərdə böhran görmürəm”.

Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Volodimir Zelenskiyə Avropa Siyasi Birliyinin sammiti çərçivəsində platforma təqdim olunması ilə bağlı Moskvadan səslənən tənqidləri şərh edən Qriqoryan vurğulayıb ki, Ermənistan sadəcə tədbirin müəyyən olunmuş beynəlxalq formatına əməl edib.

“Mən burada heç bir problem görmürəm ki, biz Ermənistanda beynəlxalq səviyyəli sammit təşkil edirik və həmin sammitin formatına uyğun bütün proseslərə riayət edirik”, - deyə Qriqoryan bildirib.

Zelenskinin İrəvanda Moskvadakı parad zamanı Ukraynanın pilotsuz uçuş aparatlarının uça biləcəyini söylədiyi ilə bağlı qeydə Qriqoryan belə cavab verib:

“Mən belə açıqlamalarla tanış deyiləm, amma nəzərə alaq ki, biz kimin nə açıqlama verdiyini izləyə bilmərik. Məncə vacib olan Ermənistanın hansı açıqlamaları verməsi və hansı mövqeləri ifadə etməsidir”.

Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ hərəkatı”nın (erməni separatizmi-red.) taleyüklü səhv olması ilə bağlı açıqlamasına gəlincə, Təhlükəsizlik Şurasının katibi bildirib:

“Bu sualları baş nazirə verməyiniz daha doğru olar, amma ümumilikdə bu gün sahib olduğumuz reallıq baş nazirin açıqlamasının məntiqini göstərir. Çünki seçdiyimiz yol effektiv olsaydı, bu gün bu nəticə ilə üzləşməzdik. Biz bu nəticəyə gəlib çatdıq, mövcud reallığı gördük və buna əsasən nəticələr çıxardıq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qriqoryan   Zelenski  


Bizi "telegram"da izləyin