“ABŞ kəşfiyyatı İranın nüvə silahı hazırlamadığını bilirdi” - Co Kent

2026/05/1778303965.jpg
Oxunub: 572     09:17     09 May 2026    
“Bu müharibənin çoxsaylı faciələrindən biri də ondan ibarətdir ki, müharibə başlamazdan əvvəl ABŞ kəşfiyyat icması, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsi İranın nüvə silahı hazırlamadığı qənaətində idi”.

Ordu.az xəbər verir ki, bunu ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin keçmiş rəhbəri Co Kent bildirib.

Onun sözlərinə görə, ABŞ kəşfiyyatı həmçinin düzgün qiymətləndirib ki, İran İsrail və ABŞ tərəfindən hücuma məruz qalacağı təqdirdə regiondakı Amerika bazalarına zərbələr endirəcək və Hörmüz boğazını bağlayacaq.

“Kəşfiyyat icması həmçinin düzgün müəyyən etmişdi ki, İran rəhbərliyinə zərbələr endirilməsi rejimi gücləndirəcək və sərt xətt tərəfdarlarını ruhlandıracaq. Kəşfiyyat icmasının düzgün proqnozlarına baxmayaraq, İsrail bizi bu müharibəyə cəlb etdi. Bir daha belə vəziyyətə düşməmək üçün bunun necə baş verdiyini aydın şəkildə başa düşməliyik”, - deyə Kent qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kent   İran  


Bizi "telegram"da izləyin