Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin imzaladığı fərmanda bildirilib.
“Parad müddətində (mayın 9-da Kiyev vaxtı ilə səhər saat 10:00-dan etibarən) Qırmızı Meydan Ukrayna silahlarının tətbiqi planından çıxarılsın”, - deyə fərmanda qeyd edilib.
Rusiya Prezidenti mətbuat katibi Dmitri Peskov Zelenskinin həmin fərmanını şərh edib.
“Qələbə Gününü lağa qoymağa çalışanların vay halına. Bu, onun bədbəxtliyidir. Bizə isə heç kimin icazəsi lazım deyil”, - deyə o bildirib.
Sevinc Əliyeva
Ordu.az