Ordu.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
“Bu gün müəyyən vaxtda onlardan cavab gözləyirik... Ümid edirəm ki, bu ciddi təklif olacaq, həqiqətən buna ümid edirəm”, - deyə Rubio bildirib.
“Ümid edirik ki, bu, bizə ciddi danışıqlar prosesinə başlamaq imkanı verəcək”, - deyə Dövlət Departamentinin rəhbəri əlavə edib.
Rubio eyni zamanda İranın Hörmüz boğazı üzərində nəzarət qurmaq cəhdlərini qəbuledilməz adlandırıb. Bu açıqlama Tehran tərəfindən həmin həyati əhəmiyyətli su yolunda tranziti tənzimləmək üçün müəyyən qurum yaradıldığı barədə xəbərlər fonunda səsləndirilib.
Sevinc Əliyeva
Ordu.az